İlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinin yeni binasının açılışında iştirak edib - FOTO

 İlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinin yeni binasının açılışında iştirak edib - FOTO

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin paytaxt Bakıda yeni inzibati binası istifadəyə verilib.

Asayis.Az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev yeni binanın açılışında iştirak edib.

Qeyd edək ki, son illərdə paytaxtda modern üslubda tikilən hündürmərtəbəli binalar sırasına daha biri əlavə olunub. Ulu Öndər Heydər Əliyevin adını daşıyan prospektdə ucaldılan yeni bina da müasir memarlığı ilə diqqəti cəlb edir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov bina barədə dövlətimizin başçısına məlumat verib.

Bildirilib ki, bina modern və postmodern üslubda layihələndirilib və mürəkkəb konstruktiv quruluşa malikdir. Hündürlüyü 125 metr olan bina 33 mərtəbədən ibarətdir. Yükdaşıyan konstruksiyaları 9 ballıq zəlzələyə davamlı olan binanın hər mərtəbəsi digər mərtəbəyə nisbətdə 2,65 dərəcə dönür və nəticədə fasad müstəvisi 90 dərəcəlik burulma effekti yaradır.

14:37 - 30 Mart 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin