Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimli sosial şəbəkə üzərindən təhqir və təhdid edilib.
Asayis.Az Pravda.az-a istinadən xəbər verir ki, T.Kərimlinin martın 29-da saytımıza verdiyi açıqlama sosial şəbəkədə paylaşılıb. Paylaşımın şərh bölümünə “Cəbhə azadi an Şirvan” adlı profildən “Növbəti hədəf sənsən, ehtiyatlı ol” qeydi yazılıb.
T.Kərimli saytımız-a açıqlamasında narahatlığını ifadə edib, hüquq mühafizə orqanlarının ayıq-sayıqlığını xüsusi vurğulayıb.