Rusiya Müdafiə Nazirliyi Yaponiya dənizində iki döyüş gəmisi ilə hipersonik (yüksək sürətli) raket sınaqlarının keçirildiyini açıqlayıb.
Asayis.Az xarici mətbuata istinadən xəbər verir ki, nazirliyin açıqlamasına görə, 100 kilometr uzaqlıqda yerləşən hədəf hipersonik raketlə dəqiqliklə vurulub:
“İki gəmidən ibarət raket hücumu qrupu "düşmən" döyüş gəmisinə hücum edib. Təxminən 100 kilometr məsafədəki hədəf iki "Moskit" hipersonik raketi ilə birbaşa vurularaq uğurla məhv edilib.
Təlimin təhlükəsizliyi Sakit Okean Donanmasının gəmiləri və dəniz aviasiya təyyarələri tərəfindən təmin olunub.