Türkiyədə prezidentliyə namizədlik ərizəsi üçün imzatoplama kampaniyasında son gün

 Türkiyədə prezidentliyə namizədlik ərizəsi üçün imzatoplama kampaniyasında son gün

Türkiyədə prezidentliyə namizədlik ərizəsi üçün imzatoplama kampaniyası çərçivəsində 11 namizədin topladığı imza sayı ilə bağlı son vəziyyət açıqlanıb.

Asayis.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün axşam saatlarında 100 min imzaya çatan Sinan Oğan, Rəcəb Tayyib Ərdoğan, Kamal Kılıçdaroğlu və Muharrem İncedən sonra dördüncü prezidentliyə namizəd olub.

Bildirilir ki, imzatoplama kampaniyası bu gün yekunlaşacaq.

YSK-dan alınan məlumata görə, namizədlərin 5-ci günün sonunda topladıqları cari imza sayı belədir:

Muharrem İnce: 111 min 305

Sinan Oğan: 107 min 637

Məhəmməd Əli Fatih Ərbakan: 69 min 208 (Xalq Alyansına qatılaraq namizədliyindən geri çəkildi)

Doğu Perinçek: 24 min 563

Yakup Türkal: 2 min 838

Erkan Trükten: 2 min 33

Tevfik Ahmet Özal: 1361

İrfan Uzun: 1073

Halil Murat Ünver: 458

Hilmi Özden: 422

Davut Turan: 118

13:25 - 27 Mart 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin