“Stadion “Qalatasaray”a “balet” edir, “Qarabağ”ı fitə basırdı, sağ olsunlar…” - Aqil Abbas

 “Stadion “Qalatasaray”a “balet” edir, “Qarabağ”ı fitə basırdı, sağ olsunlar…” - Aqil Abbas

“Dünənki oyunda “Qarabağ” “Qalatasaray”dan gözəl oynayırdı. “Qarabağ” daha ağıllı oyun nümayiş etdirdi. İndi futboldur də. “Qarabağ” “qonaq” komanda idi. Öz meydanında oynamırdı. Öz meydanında oynasa, daha gözəl oyun nümayiş etdirərdi. Çünki bütün stadion “Qalatasaray”a “balet” edir, “Qarabağ”ı fitə basırdı. Sağ olsunlar…”

Asayis.Az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.

“Demişdim ki, qardaşlıq qalib gələcək, elə də oldu. Amma yenə də deyirəm, “Qarabağ” “Qalatasaray”dan yaxşı oynadı…”, - deputat bildirib.

11:47 - 27 Mart 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin