“Çinlə hərbi-texniki əməkdaşlığı inkişaf etdiririk" - Putin

 “Çinlə hərbi-texniki əməkdaşlığı inkişaf etdiririk

“Biz Çinlə hərbi-texniki əməkdaşlığı inkişaf etdiririk, amma bu hərbi ittifaq deyil”.

Asayis.Az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin yerli telekanallara müsahibəsində deyib.

O bildirib ki, bu əməkdaşlıq Qərb üçün təhlükə deyil: “Doğrudur, bizim Çinlə hərbi əməkdaşlığımız var. Amma burada gizli bir məsələ yoxdur, hər şey məlumdur”.

V.Putin Rusiyanın başqa ölkələrlə də hərbi əməkdaşlığın olduğunu xatırladıb.

 

Report

13:36 - 26 Mart 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin