Bir müddət əvvəl müğənni Səidə Sultan verilişlərin birində söylədiyi "Ən bahalı avtomobilləri xanım xanəndələr sürür" sözlərinə növbəti dəfə aydınlıq gətirib.
Asayis.Az bildirir ki, sənətçi bu haqda "MTV maqazin" verilişinə müsahibəsində danışıb.
Səidə "qılıncını sıyırıb" onunla bu mövzuda "kəllə-kəlləyə" gəlmək istəməyən xanım xanəndələri qıcıqlandıracaq açıqlamalar verib:
"Ürəklə gəlsinlər, atsınlar özlərini meydana. Görüm haradadırlar? Amma yoxdurlar. Elə hamı deyir...
Hamı efirdə şirdir, pələngdir, canavardır, "yaxşı oğlandır" (gülür). Yaxşıların üzündən iraq.
Sözüm ünvanına çatıb "qədeş". Mən bu mövzuda öz fikrimi bildirmişəm. Kimsə əgər öz üzərinə bu sözlərimi götürürsə, özü bilər. Neyləyim?!".