Dövlətə xəyanətə görə ölüm cəzası nəzərdə tutan qanun qüvvəyə mindi

 Dövlətə xəyanətə görə ölüm cəzası nəzərdə tutan qanun qüvvəyə mindi

Belarusda dövlətə xəyanətə görə məmurlara ölüm cəzası nəzərdə tutan qanun qüvvəyə minib.

Asayis.Az Nazirlər Şurası 2022-ci il oktyabrın sonunda Belarus Milli Assambleyasının Nümayəndələr Palatasına (aşağı palata) cinayət qanunvericiliyinin dəyişdirilməsi ilə bağlı qanun layihəsi təqdim edib. Qanun dekabrın əvvəlində birinci oxunuşda, 2023-cü il fevralın sonunda isə ikinci oxunuşda qəbul edilib.

Fevralın sonunda sənədi Respublika Şurası (yuxarı palata), martın 9-da isə prezident Aleksandr Lukaşenko imzalayıb.

Normativ akt martın 14-də Milli Hüquq İnternet Portalında dərc edilib, 10 gün sonra qüvvəyə minib.

Qanunla Belarus Cinayət Məcəlləsinin (CM) 356-cı maddəsinin 2-ci hissəsinə “Dövlətə xəyanət” dəyişiklik edilir. O, dövlət vəzifəsini tutan vəzifəli şəxs tərəfindən dövlətə xəyanətə görə ömürlük azadlıqdan məhrum etmə və ya ölüm cəzası növündə cəzanın tətbiqi imkanını nəzərdə tutur.

APA

10:22 - 26 Mart 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin