Manaf Ağayev həbs olunmuş oğlundan danışdı: “Bir səhv idi etmişdi”

 Manaf Ağayev həbs olunmuş oğlundan danışdı: “Bir səhv idi etmişdi”

Tanınmış müğənni Manaf Ağayev bir neçə gün bundan öncə azadlığa buraxılan oğlundan danışıb.

Asayis.Az xəbər verir ki, bu barədə Oxu.Az-a danışan sənətçi oğlu Müşfiq Ağayevin səhv etdiyini bildirib:

"Bir səhv idi etmişdi, onun da cəzasını çəkdi. Başqa problem yoxdur. Artıq evdədir”.

Xatırladaq ki, Manaf Ağayevin oğlu Müşfiq Ağayev mart ayının 13-də sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün polis tərəfindən saxlanılıb və Səbail rayon məhkəməsinin qərarı ilə Müşfiq Ağayev 5 sutka həbs edilmişdi.

16:30 - 23 Mart 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin