Rusiyalı diyetoloq Natalya Kruqlova bildirib ki, bədəndəki yod çatışmazlığını dəriyə yod sürtməklə aradan qaldırmaq cəhdi faydasızdır.
O, bu üsulun bir sıra səbəblərdən, o cümlədən apteklərdə satılan yodla qidalarda və məhlullarda olan yod birləşmələrinin fərqli quruluşuna görə işləmədiyini izah edib.
Onun sözlərinə görə, bəzən dəriyə yod şəbəkəsi çəkməklə orqanizmdə bu maddəyə ehtiyacın olub-olmadığını müəyyən etməyə çalışırlar.
“Hesab olunur ki, maddə dəriyə tez hoparsa, deməli bədən yod çatışmazlığı yaşayır. Lakin bu, mifdir” - ekspert bildirib.
O, əlavə edib ki, yod çatışmazlığından xilas olmaq çətin deyil. Bunun üçün müntəzəm olaraq yodlaşdırılmış duz, həmçinin balıq və digər dəniz məhsulları yemək kifayətdir.