Türkiyədə namizədlərin qeydə alınması prosesinə start verilib.
Asayis.Az Sfera-ya istinadən xəbər verir ki, artıq müraciət edənlər var.
Növbəti 5 ildə Türkiyəni idarə etmək iddiasında olanlardan biri də azərbaycanlıdır. Belə ki, “ATA İttifaqı”nın prezidentliyə namizədi Sinan Oğan bu gün Ali Seçki Komissiyasına prezidentliyə namizədliyinin qeydə alınması ilə bağlı rəsmi müraciət edib.
Xatırladaq ki, sabiq millət vəkili Sinan Oğan Azərbaycan kökənlidir. O, 1967-ci ildə Naxçıvanla sərhəddə yerləşən İğdır bölgəsində anadan olub.
Sinan Oğan bir neçə il Azərbaycan Dövlət İqtisad Universitetində dekan müavini vəzifəsindən çalışıb.
Qeyd edək ki, Türkiyədə parlament və prezident seçkiləri mayın 14-də keçiriləcək.