Bəxtiyar Hacıyev Prezidentdən kömək istədi

 Bəxtiyar Hacıyev Prezidentdən kömək istədi

Sosial şəbəkədə hazırda həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin imzası ilə ölkə başçısı İlham Əliyevə ünvanlanan müraciət dərc edilib.

“Həbsdən azad olunmağım üçün kömək etməyinizi xahiş edirəm” – deyə, müraciətdə bildirilib.

Bəxtiyar Hacıyevin vəkillərindən biri “Basta”nın sualına cavab olaraq müraciətin Bəxtiyar Hacıyevə məxsus olduğunu təsdiqləyib.

Ötən il dekabrın 9-da Xətai Rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün müddətinə həbs-qətimkan tədbiri seçilib.

Sonradan müstəntiqin vəsatəti əsasında həbs-qətimkan tədbiri aprelin 28-dək uzadılıb.

16:19 - 19 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin