Rusiyada yaşayan həmyerlimiz, psixoloq, ekstrasens Zirəddin Rzayev Rusiya Federasiyasının Dövlət Dumasında deputat köməkçisi təyin olunub.
Asayis.Az xəbər verir ki, bu barədə lent.az-a ekstrasens özü məlumat verib.
Ekstrasens artıq bir neçə ildir, Rusiya Federasiyasının İctimai Palatasının komissiya üzvü olduğunu deyib.
Onun sözlərinə görə, Rusiyada ictimai, siyasi və dövlət işləri üzrə sosial status alıb və bundan sonra bu ölkədə siyasi fəaliyyətini genişləndirmək fikrindədir.