Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Asayis.Az unikal.az-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Abşeron Rayon Polis İdarəsinin rəis müavini Elçin Rəcəbov vəzifəsindən azad edilib.
Nazirin digər əmri ilə E.Rəcəbov Baş İctimai Təhlükəsizlik İdarəsində müvafiq vəzifəyə təyinat alıb.