Aparıcı Elgiz Əkbər yeni açıqlaması ilə diqqət çəkib.
Asayis.Az xəbər verir ki, aparıcı "Maqazin plus"a açıqlamasında illər əvvəl həyatında yaşadığı maddi çətinliklərdən danışıb. Tanınmış aparıcı çətin günlərdən keçərək karyerasında pillə-pillə adımladığını deyib:
"O qədər maddi çətinliklər yaşamışam ki... Otaq yoldaşımla elə günümüz olub ki, kartofu qaynatmışıq, yarısını mən, yarısını o yeyib... İkimizin bir ayaqqabımız olub. Heç vaxt onu özümüzə dərd etməmişik. Kasıb olmağı böyük faciəyə çevirməyin tərəfdarı olmamışam. Hər qaranlıq gecənin bir sabahı var".
Ətraflı videoda: