Məşhur müğənni Haluk Levent Türkiyədə baş verən güclü zəlzələ nəticəsində bütün ailə üzvlərini itirən Cem Yurtsever adlı gənci özünə köməkçi götürüb.
Asayis.Az xəbər verir ki, bu barədə sənətçi özü bildirib:
“Ailə üzvlərinin hamısını itirən Cem Yurtsevənlə görüşdüm. O, artıq mənim qardaşımdır. Mənim köməkçim olaraq işə başlayacaq. Buradan bütün qurumlara səslənirəm. Edəcəyiniz ən gözəl yardım zəlzələdən zərərçəkənləri himayə altına almaqdır”.