Ermənistanın baş naziri Nikol Paşinyana qarşı sui-qəsdə cəhd edilib.
Asayis.Az xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.
Məlumata görə, baş nazirin korteji hökumət binasına daxil olarkən insident yaşanıb. Həmin an yolu keçən iki nəfər avtomobilə hücum edib. Polis hər iki şəxsi zərərsizləşdirib.
Hadisə şahidləri isə olayı sui-qəsd kimi qiymətləndirməyib. Onlar yolu keçən sadə vətəndaşların xüsusi polis dəstəsi tərəfindən hücuma məruz qaldığını bildirib.