Azərbaycan millisinin üzvü “Sportinq”ə keçəcək

 Azərbaycan millisinin üzvü “Sportinq”ə keçəcək

Azərbaycan millisinin futzalçısı Rafael Vilela karyerasını Portuqaliyada davam etdirəcək.

Asayis.Az report-a istinadən xəbər verir ki, bu barədə “Record” nəşri məlumat yayıb.

Hazırda Rusiyanın “Tümen” komandasında çıxış edən 30 yaşlı hücumçu “Sportinq”lə anlaşıb. Vilela növbəti mövsümdən Lissabon təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, Rafael Vilela mövsümün əvvəlində Qazaxıstanın “Kayrat” klubuna icarəyə verilsə də, 2022-ci ilin dekabrında müqavilə ilə məxsus olduğu “Tümen”ə qayıdıb.

15:27 - 9 Mart 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin