ABŞ-də kafelərdən birində dəhşətli hadisə baş verib.
Asayis.Az xarici KİV-ə istinadən xəbər verir ki, Texas ştatının ən böyük şəhəri Hyustondakı məkanlardan birinə avtomobil girib.
Belə ki, kafelərdən birində 20 yaşlı Nasan Rivs yutub kanalı üçün müsahibə aldığı şəxslə birlikdə ölümdən dönüb.
Rivs müsahibə aldığı anda idarəetməni itirən sürücülərdən biri avtomobili ilə onların olduğu kafeyə girib. Məkanın şüşələri avtomobilin zərbəsindən sınaraq Rivslə müsahibinin üzərinə tökülüb.
Həmin anlar açıq qalan kamera tərəfindən görüntülənib. Daha sonra yutuba yüklənən video minlərlə insan tərəfindən təəccüb və heyrət içərisində izlənilib.