Qarabağ Dirçəliş Fondunun Nizamnaməsində dəyişiklik edilib

 Qarabağ Dirçəliş Fondunun Nizamnaməsində dəyişiklik edilib

“Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilib.

Asayis.Az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

1. 1.1-ci bənddə “ölkə daxilində və ölkə xaricində” sözləri “görülən işlərlə bağlı ölkə daxilində və ölkə xaricində informasiya təminatını, maarifləndirmə və” sözləri ilə əvəz edilib.

2. Aşağıdakı məzmunda 3.2.10-1-ci yarımbənd əlavə edilib:

“3.2.10-1. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı Azərbaycan Respublikası Prezidentinin razılığı ilə publik hüquqi şəxs yaratmaq;”.

3. 3.2.11-ci yarımbəndə “nəşrlər buraxmaq” sözlərindən sonra “, habelə Azərbaycan Respublikası Prezidentinin razılığı ilə media subyekti təsis etmək” sözləri əlavə edilib.

17:19 - 7 Mart 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin