Məşhur müğənni Seda Sayan boşanır.
Asayis.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, 60 yaşlı sənətçi 36 yaşlı musiqiçi əri Çağlar Öktenlə həyat yollarını ayırmaq qərarına gəlib.
Uzun müddətdir sosial şəbəkə hesablarında bir-biriləri ilə bağlı paylaşım etməyən cütlüyün dalaşdığı deyilir.
Bununla bağlı hər iki tərəf hələ ki, heç bir açıqlama verməyib.
Xatırladaq ki, ötən ilin aprelində Seda ilə evlənən musiqiçi Çağlar Ökten onun 7-ci əridir.
Müğənni 1990-cı ildə Sinan Enginlə ailə həyatı qurub və həmin ildə Oğulcan adlı oğlu dünyaya gəlib. Lakin məşhur sənətçi keçmiş futbolçu ilə 1995-ci ildə boşanmaq qərarı alıb.
Seda Sayan sonuncu dəfə yəni Çağlar Öktendən əvvəl isə, 2008-ci ildə Onur Şanla evlənib. Onlar 2010-cu ildə boşanıblar.