"Xəstəxanada yatanda heç kimi yanına buraxmırdı"

Əməkdar artist Firəngiz Babayeva mərhum Xalq artisti Amaliya Pənahovadan danışıb. 

Asayis.Az xəbər verir ki, aktrisa "O üz" verilişində Pənahovanın xəstə vaxtlarından danışıb:

"Qastrollara gedirdik, pulumuzu verirdi. Sonra da hamımızın yeməyini alırdı. Xəstəxanada yatırdı. Hamımız bilirdik ki, artıq xəstədir. Yanına getmək istədim. Dedilər ki, heç kimi yanına qoymur".

Rejissor Mərahim Fərxəlibəyov isə mərhum aktrisa haqqında "Tələbkar idi. Geyimə, məşqə qarşı çox diqqətçil idi. Deyirdi ki, aktyor niyə çirkli paltardadır, getsin yeni köynək geyinsin. Aktyor tərləyirdi, deyirdi, getsin çimsin gəlsin. Qoymurdu aktyorlar öz paltarı ilə məşq etsin. Özü də səhnə paltarında məşq edirdi. Tərəf müqabili belə öz geyimində olanda, deyirdi ki, dəyiş sonra məşqə başlayaq" deyə, bildirib. 

Qeyd edək ki, A.Pənahova uzun sürən xərçəng xəstəliyindən 73 yaşında vəfat edib. O, hər zaman xəstəliyini gizlədib. 

16:04 - 6 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin