12 "Qremmi" mükafatı almış musiqiçi vəfat etdi - FOTO

 12

Məşhur saksofonçu və caz musiqiçisi Ueyn Şorter 89 yaşında vəfat edib.

Asayis.Az-ın məlumatına görə, bu barədə "The Sun" sənətçinin nümayəndəsinə istinadən xəbər verir.

Şorter Los-Ancelesdə (Kaliforniya) xəstəxanada vəfat edib.

Sənətçinin ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, o, 1950-ci illərin sonlarında "Art Blakey's Jazz Messengers" qrupunun üzvü və əsas bəstəkarı kimi məşhurlaşıb. Şorter karyerası ərzində 23 "Qremmi" mükafatına namizəd olub. Son olaraq saksofonçu 2023-cü ildə 12-ci dəfə "Qremmi" mükafatının qalibi olub. 

15:22 - 3 Mart 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin