Ermənistanın müdafiə naziri Suren Papikyan vəzifəsindən azad olunacaq.
Asayis.Az xəbər verir ki, bu barədə Hraparak məlumat yayıb.
Bildirilib ki, onun vəzifəsindən azad edilməsi məsələsi həll olunub, hazırda icra mexanizmi müzakirə olunur.
Məlumata görə, baş nazir Nikol Paşinyan Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyanı müdafiə naziri təyin edə bilər.
Nəşr onu da qeyd edib ki, A.Abazyan İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan rəsmiləri ilə əsirlərin mübadiləsi, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı danışıqlar aparıb, konstruktiv mühitin formalaşmasına kömək edib.