Müğənni Fədayə Laçının doğmalarına açıqladığı vəsiyyəti gerçəkləşməyəcək. Asayis.az xəbər verir ki, buna səbəb isə tanınmış ilahiyyatçı Hacı Şahin Həsənlinin bu gün vəfat etməsidir. Sənətçi bu barədə sosial şəbəkədə yazıb:
“Çox acı xəbər oldu. Allah rəhmət eləsin. Yaxınlarıma demişdim ki, mən öləndə Hacı Şahin gəlsin, o gözəl sözləriylə, şeirlə, qəzəllə məni dəfn edin. Bu arzum da gözümdə qaldı”.
Qeyd edək ki, ilahiyyatçı bu gün səhər saatlarında ürəktutmasından vəfat edib.