Amerika Birləşmiş Ştatları (ABŞ) “TikTok” sosial şəbəkəsini ölkənin hər yerində qadağa etməyə hazırlaşır.
Asayis.Az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-da “TikTok”u qadağan edən qanun layihəsi 16 partiyanın ortaq qərarı ilə Ağ Evə göndərilib.
Prezident Baydenin qərarına əsasən, “TikTok” bütün ABŞ-da qadağan ediləcək.
Belə bir qadağa qərarının Avropa Birliyi tərəfindən də verilə biləcəyi bildirilir.
Qeyd edək ki, ötən ilin dekabr ayından etibarən ABŞ-da, bu yaxınlarda isə Avropa Birliyi və Kanada dövlət qulluqçularına “TikTok”dan istifadə qadağan olunmuşdu.
Buna səbəb kimi sosial şəbəkənin gənclərin zehni inkişafına mənfi təsiri və şəxsi məlumatların sızdırılması göstərilir.