Messi komanda yoldaşlarına qızıl telefonlar bağışladı

 Messi komanda yoldaşlarına qızıl telefonlar bağışladı

PSJ-nin və Argentina millisinin hücumçusu Lionel Messi 2022-ci ildə keçirilən dünya çempionatının qalibi olan yığmadakı komanda yoldaşlarına qızıl örtüklü telefonlar bağışlayıb.

Asayis.az-ın xəbərinə görə, bu barədə "The Sun" nəşri məlumat verib.

35 yaşlı forvard 35 telefon üçün 175 min funt sterlinq xərc çəkib.

Həmçinin cihazların üzərində oyunçuların adı, nömrəsi və Argentina millisinin loqosu həkk olunub.

12:45 - 2 Mart 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin