Rusiyanın Sankt-Peterburq şəhərindəki Pulkovo Beynəlxalq Hava Limanında uçuşlar müvəqqəti olaraq dayandırılıb.
Asayis.Az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb Peterburq səmasında uçan naməlum obyekt olub.
Ardınca Rusiya döyüş təyyarələri naməlum obyekt üçün hərəkətə keçib.
Yaşananlarla bağlı sosial şəbəkələrdə UFO ehtimalı müzakirə olunmağa başlayıb.
Qeyd edək ki, bir müddət öncə oxşar hadisə ABŞ-da qeydə alınmışdı və həmin naməlum obyektin Çinin kəşfiyyat qurğuları olduğu müəyyən edilmişdi.