Arda Turanın 828 min avro borcu var - Hakim qarşısına çıxa bilər

 Arda Turanın 828 min avro borcu var - Hakim qarşısına çıxa bilər

Türkiyə millisinin sabiq üzvü Arda Turan İspaniyada vergidən yayınmaqda ittiham edilir.

Asayis.Az "sondakika.com"a istinadən xəbər verir ki, idmançı "Atletiko" və "Barselona"da oynadığı dövrlərdə vergidən yayınıb.

İspaniya mətbuatında yer alan məlumatlara görə, futbolçu gəlirlərinin vergisini normal qaydada ödəmədiyi üçün 2015-2016-cı illərdə 828 min avro borcu yığılıb.

Bu məbləğin 499 min 740 avrosu 2015-ci ilə, 328 min 351 avrosu isə 2016-cı ilə aiddir. 

İspaniya prokurorluğu oyunçu üçün cinayət işi açılmasını tələb edib. Arda Turan hər an məhkəmədə hakim qarşısına çıxa bilər.

15:09 - 28 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin