BMT Baş Assambleyasının prezidenti Azərbaycana niyə gəlir?

 BMT Baş Assambleyasının prezidenti Azərbaycana niyə gəlir?

BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Csaba Kőrösi Qoşulmama Hərəkatının COVID-19-dan sonrakı bərpaya həsr olunan zirvə görüşündə iştirak etmək məqsədilə martın 2-də Azərbaycana rəsmi səfər edəcək.

Asayis.Az xəbər verir ki, bu barədə BAKU.WS-ə BMT-nin Azərbaycan nümayəndəliyindən məlumat verilib.

C.Kőrösi dünyanın COVID-19 pandemiyasının təsirlərini aradan qaldırdığı bir vaxtda elmə, innovasiyaya, texnologiyaya və rəqəmsallaşmaya əsaslanan "yeni reallığa" ehtiyacın olduğunu vurğulayacaq.

Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə ölkəyə səfər edən C.Kőrösinin ölkə başçısı və xarici işlər naziri Ceyhun Bayramovla görüşlər keçirməsi gözlənilir.

BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidentinin səfəri martın 3-də başa çatacaq.

Səfər zamanı onu aparat rəhbərinin müavini Marani, habelə iqtisadiyyat və enerji məsələləri üzrə aparat rəhbərinin müavini Məmmədova da daxil olmaqla dörd nəfərdən ibarət nümayəndə heyəti müşayiət edəcək.

Səfərin xərcləri Baş Assambleya Prezidenti idarəsinin etimad fondundan qarşılanacaq.

14:34 - 28 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin