Məşhur müğənni Cennifer Lopez geyimi ilə gündəm olub.
Asayis.Az xəbər veriri ki, Los Anceles küçələrində paparazzilərin kamerasına tuş gələn sənətçi paltarı ilə xeyli marağa səbəb olub.
Belə ki, sənətçi həddən artıq bahalı çantası ilə ucuz dəst geyinib.
Lopezin aksessuar kimi istifadə etdiyi çantası "Hermes Birkin" markasına aid olub, qiyməti 50 000 dollar (təxminən 85 000 AZN) təşkil edib.
Onun geyindiyi qəhvəyi rəngli dəsti isə çantasından dəfələrlə ucuz yəni 14 dollar (təxminən 23 AZN) olub.
Müğənni bu geyim tərzi ilə sosial şəbəkələrin müzakirə obyektinə çevrilib. Foto internetdə paylaşıldığı ilk anda bu ucuz dəst 20 min 400 şəxs tərəfindən sifariş edilib.