Əfqanıstanın Tehrandakı Səfirliyi Talibana təhvil verilib.
Asayis.Az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Taliban müvəqqəti hökumətinin Xarici İşlər Nazirliyinin sözçüsü Əbdül Kahhar Belhi tvitter hesabında açıqlama verib.
Əfqanıstanın Tehran Səfirliyindəki diplomatlar isə sonuncu xatirə şəkli çəkdirərək səfirliyi tərk ediblər.
Qeyd edək ki, Əfqanıstanın Türkmənistan, Pakistan, Rusiya və Çin səfirliyi keçən il Talibana təhvil verilib.
Lakin indiyədək səfirlikləri Talibana təhvil verən ölkələr daxil olmaqla, heç bir ölkə Taliban administrasiyasını rəsmən tanımayıb.
Xatırladaq ki, Taliban 15 avqust 2021-ci ildə Əfqanıstanda hakimiyyəti ələ keçirib.