Şakiranın Pikenin anasından şiddət gördüyü video yayıldı - GÖRÜNTÜLƏR

 Şakiranın Pikenin anasından şiddət gördüyü video yayıldı - GÖRÜNTÜLƏR

Məşhur müğənni Şakiranın eks-sevgilisi, "Barselona"nın keçmiş müdafiəçisi Jerar Pike və onun anası Montserrat Bernabeunı ilə olan yeni görüntüləri yayılıb.

Asayis.Az Axşam.az-a istinadən xəbər verir ki, 2016-cı ildə lentə alınan videoda Montserratın Şakiraya şiddət tətbiq etdiyi əks olunub. Belə ki, əlləri ilə ifaçının çənəsini sıxan Pikenin anası daha sonra ona "sus" işarəsi göstərib. 

Hadisələrin cərayən etdiyi vaxt Pikenin də orada olması və buna müdaxilə etməməsi diqqət çəkib.

Qeyd edək ki, cütlüyün ayrılmasına səbəb Pikenin ifaçıya xəyanət etməsi olub. Şakira və Pike 11 ildir ki, münasibətdə idilər. Onların iki oğlu var - 9 yaşlı Milan və 7 yaşlı Saşa.

17:35 - 26 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin