"Biz Krımı qaytarmaqla sülhü bərpa edəcəyik".
Asayis.Az-ın xəbərinə görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski teleqram hesabında yazıb.
O bildirib ki, Rusiyanın Ukraynaya hərbi təcavüzü 9 il əvvəl Krımın ilhaqı ilə başladı:
"Ora bizim torpağımızdır. Biz Ukraynanın hər yerinə Ukrayna bayrağını qaytaracağıq".
Qeyd edək ki, Rusiya Krım yarımadasını 2014-cü ildə ilhaq edib.