"Qardaşımızın əvəzinə əsgərliyə Məhəbbət getdi"

"Məhhəbbət ailədə heç kimi incitmirdi. Çöldə fərqli, evdə tam başqa adam idi. Ailəsi üçün çox fədakarlıqlar edib".

Asayis.Az xəbər verir ki, bu sözləri mərhum Əməkdar artist Məhəbbət Kazımovun qardaşı Qənimət Kazımov “Günaydın Azərbaycan” verilişində deyib. O, Məhhəbətin kiçik qardaşı Əhliyadın yerinə hərbi xidmətə getdiyini də açıqlayıb:

"Qardaşımız Əhliyadın əvəzinə də əsgərliyə Məhəbbət gedib. O vaxt şəxsiyyət vəsiqəsi yox idi. Üstündə möhürü olan balaca kağız verirdilər. Əhliyadı çağırdılar, onun yerinə Məhəbbət getdi. Bir il Rusiyada xidmətdə oldu".

Qeyd edək ki, Məhəbbət Kazımov 2014-cü il, yanvarın 27-də uzun sürən xəstəlikdən sonra vəfat edib. O, Xırdalan qəbiristanlığında dəfn olunub.

15:48 - 26 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin