"1992-ci ilin fevralında Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad edərək, dialoq və barışıq yolu ilə davamlı sülh və firavanlıq qurmaqla belə hadisələrin heç vaxt təkrarlanmamasını təmin etməliyik".
Asayis.Az xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva tviterdə yazıb.
"Faciə qurbanlarının yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm", - o bildirib.