Ramiz Novruzu izlədilər, göz yaşlarını saxlaya bilmədilər - VİDEO

 Ramiz Novruzu izlədilər, göz yaşlarını saxlaya bilmədilər - VİDEO

Mərhum Xalq artisti Ramiz Novruzun stilist qızı Şəfəq Novruzun sosial şəbəkə hesabında paylaşılan yeni görüntülər diqqət çəkib.

Asayis.Az xəbər verir ki, videoda aktyorun ailəsinin ona həsr edilən filmi gözyaşları içində izlədiyi kadrlar əks olunub. 

Paylaşımı Şəfəq Novruzun xalası qızı edib.

Bildirilib ki, "Bir axşam səhnədə" verilişinin buraxılışlarından biri Ramiz Novruza həsr edilib.

Xatırladaq ki, Xalq artisti Ramiz Novruz yanvarın 21-i gecə saatlarında mədə xərçəngindən vəfat edib. Mərhum "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

Asayis.Az həmin görüntüləri təqdim edir:

12:27 - 25 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin