Yeni metrostansiyada 3 lift İNŞA OLUNCAQ – RƏSMİ

 Yeni metrostansiyada 3 lift İNŞA OLUNCAQ – RƏSMİ

Xəbər verildiyi kimi "Bakı Metropoliteni" QSC metro stansiyalarının eskalatorlarında əlil arabalarının daşınması üçün xüsusi qurğunu sınaqdan keçirəcək. Sınaq avadanlıqları Rusiyanın Sankt-Peterburq şəhərindən sifariş verilib. Eyni zamanda İtaliya, Almaniya və Çin istehsalı olan müvafiq avadanlıqlarla maraqlanılıb. 

“Bakı Metropliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Asayis.az-a açıqlamasında bildirib ki, sözügedən işlər əlçatan metro layihəsi üzrə həyata keçirilir:

“2019-cu ilin aprel ayından müntəzəm olaraq xidmətə başlamışıq. Ona qədər müvafiq sınaqlar keçirilmişdi. Pandemiya dövründə məhdudiyyətlər olduğu üçün bu istiqamətdə hər hansı bir yeniliklərin olması qeyri-mümkün idi. Amma dünyada olan bütün texnalogiyaların təcrübələrini bu layihə təqdim olunana qədər də öyrənirdik. Bundan sonra da müntəzəm olaraq həm dünya metropolitenlərinin təcrübəsi, həm də istehsalçıların imkanlarına xüsusi olaraq baxırıq. Yeni alıb sınaqdan keçirmək istədiyimiz qurğu sırf eskalatorlar üçün nəzərdə tutulub.

Bu, xüsusi texniki qurğudur. Əlil arabası həmin qurğunun üzərinə yerləşdirilir və rahat, təhlükəsiz şəkildə platformaya endirilir. Həmin qurğu bizim hazırda işlətdiyimiz qurğulardan bir fərqlidir. Sadəcə olaraq universallığı var. Əlil arabalarının özləri müxtəlif ölçülüdür. Bu səbəbdən hər bir xüsusiyyət diqqətlə nəzərdən keçirilir. Ən vacibi qurğular “Bakı Metropoliteni” nin istismar qaydalarına uyğun olmalıdır”. 
“Bakı Metropliteni” rəsmisi əlavə edib ki, qurğular Bakıya gələndən sonra həmin avadanlıq ilk sınaqdan keçiriləcək:

“Əgər onlar “Bakı Metropliteni”nin xüsusiyyətlərinə uyğun gəlsə, qərar barədə  ictimaiyyətə məlumat veriləcək. Əsas məqsədimiz rahatlığı və mobilliyi artırmaq üçün bütün vasitələrdən istifadə etməkdir. Bu istiqamətdə mümkün varinatların hər biri araşdırlır. Layihəni həyata keçirəndə bilirdik ki, proses mrhələlərlə olmalıdır və müxtəlif dövrlərdə həyata keçirilməlidir”. 

Bəxtiyar Məmmədov yeni metrostansiyaların birmənalı olaraq liftlərlə təchiz olunacağını da vurğulayıb. O, deyib ki, hazırda bənövşəyi xəttin 3 yeraltı stansiyasında liftlər var:

“Onlar məhz sosial kateqoriyadan olanlar üçün nəzərdə tutulub. Hazırda inşa olunan "B4" stansiyası üçün də 3 lift nəzərdə tutulub. Bunlar yalnız əlil arabasından olan şəxslərin istifadə edə biləcəyi qurğulardır”.

10:05 - 25 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin