Azərbaycanın əfsanəvi futbolçusu Anatoli Banişevskinin doğum günüdür

 Azərbaycanın əfsanəvi futbolçusu Anatoli Banişevskinin doğum günüdür

Bu gün Azərbaycanın əfsanəvi futbolçusu Anatoli Banişevskinin doğum günüdür.

Asayis.az  xatırladır ki, A.Banışevski 1946-cı il fevralın 23-də Bakıda kökü Polşaya gedib çıxan ukraynalının ailəsində dünyaya gəlib.

Futbola paytaxtın "Lokomotiv" klubunda başlayıb. Sonradan "Neftçi" klubuna keçib.

1966-cı ildə "Neftçi" ilə SSRİ çempionatının, SSRİ yığması ilə dünya çempionatının bürünc, 1972-ci ildə isə Avropa çempionatının gümüş medalını qazanıb. SSRİ yığmasında ən çox oyun keçirmiş (49 oyun) və fərqlənmiş (19 qol) "Neftçi"li "Marakana” stadionunda Braziliyanın qapısına qol vurmuş ilk sovet futbolçusudur.

Rusiya və Ukrayna klublarından dəfələrlə təkliflər alsa da, Anatoli Banişevski Bakını tərk etmək istəməyib. "Neftçi"dəki parlaq oyunu sayəsində o, SSRİ yığmasının tərkibində 1965-ci il iyulun 4-də Braziliya millisi ilə yoldaşlıq matçında debüt edib. Məşhur hücumçu SSRİ yığması ilə 1972-ci ildə Belçikada keçirilən Avropa çempionatının gümüş medalını qazanıb. SSRİ yığması ilə Banişevski 50 oyun keçirib və 20 qol vurub.

Karyerasını başa vurduqdan sonra bir müddət işsiz qalan Banişevski 1981-ci ildə məşqçi fəaliyyətinə başlayıb. Onun ilk klubu "Neftçi" olub. Keçmiş komandasına iki mövsüm rəhbərlik etmiş A.Banişevski 1983-cü ildə "Neftçi"dən ayrılmaq qərarına gəlib. O, 1984-87-ci illərdə Mingəçevirin "Avtomobilçi" komandasında, 1987-1988-ci illərdə Burkina-Fasoda məşqçi vəzifəsində çalışıb.

Afrika ölkəsində işlədiyi zaman ağır xəstəliyə tutulan Banişevski 1997-ci il dekabrın 9-da 51 yaşında vəfat edib.

Anatoli Banişevski, UEFA-nın versiyasına görə, 2004-cü ildə Azərbaycanda son 50 ilin ən yaxşı futbolçusu seçilib.

O, ölümündən bir il əvvəl "Şöhrət" ordeni ilə təltif olunub.

15:00 - 23 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin