Türkiyənin Edirne şəhərinin İpsala rayonunda silahlı hücum nəticəsində 2 nəfər ölüb.
Asayis.az "Habertürk"ə istinadən xəbər verir ki, R.T adlı şəxs çayxanaya daxil olaraq ov tüfəngindən atəş açıb.
Hadisədə Kumdere kənd muxtarı Hüseyn Karataban, obyekt müdiri Hidayət Karataban və daha 2 şəxs yaralanıb.
Yaralılar təcili yardımla İpsala Dövlət Xəstəxanasına çatdırılıb.
Tibbi müdaxilələrə baxmayaraq, Hidayət Karataban və muxtar Hüseyn Karataban həyatını itirib. Digər iki yaralının müalicəsi davam edir.
Hadisədən sonra qaçan R.T-nin axtarışları davam edir.