Vilayət Eyvazovdan yeni TƏYİNAT

 Vilayət Eyvazovdan yeni TƏYİNAT

Balakən Rayon Polis Şöbəsinin (RPŞ) Təhqiqat bölməsinə yeni rəis təyin edilib. Asayis.Az report-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə polis polkovnik-leytenantı Ruslan Əsədov təyin olunub.

O, bu təyinata qədər Neftçala RPŞ-də təhqiqatçı vəzifəsində çalışıb.

12:13 - 22 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin