"Tanış olanda mənim 48, onun 24 yaşı var idi" - Aydan Salahova

Mərhum Xalq rəssamı Tahir Salahovun qızı, rəssam və heykəltəraş Aydan Salahova haqında lentə alınan "Aidan.doc” adlı sənədli film təqdim olunub.

Asayis.Az xəbər verir ki, rəssam müsahibəsi əsnasında ilk həyat yoldaşı Qor Çahal ilə tanışlığından və oğlu Kayın dünyaya gəlməsindən söz açıb:

"İlk qalereyama gəlmişdi, illüstrasiyalarla birlikdə kiçik əsərlərini verdi və biz onları uğurla satdıq. Bir dəfə isə o, əlində ağ qızılgüllərlə gəlmişdi, elə bildim ki, mənim üçündür, amma elə onlarla da getdi. Nədənsə məni incitdi, ondan sonra münasibətimiz başladı. Daha sonra tez-tez Amerikaya getməyə başladıq. Robert Rauşenberqin mənə verdiyi tablonu Sohoda mənzillə dəyişdim. Gah icarəyə verdim, gah da iki ay orada yaşadım. Sonra ABŞ-də uşaq dünyaya gətirmək qərarına gəldim. Bizim belə bir fikrimiz yox idi ki, münasibətimizi rəsmiləşdirək. Amma rəsmi  iş vizası üçün imza atmalı idim. O zaman hamiləliyin doqquzuncu ayında idim.

Çətin bir dövr idi, çünki hamiləlik ərəfəsində demək olar ki, heç nə etməmişəm. Sonra həyat yoldaşım mənim üçün şərtlər qoydu: seçim etməli idim - ya rəssamam, ya da qalereya sahibi.

Hesab edirəm ki, evlilik sisteminə yenidən baxılmalıdır. İsveçrə qanunvericiliyini daha çox bəyənirəm, hansı ki, bərabərliyi tarazlayır. Onlarda belə müqavilələrin bağlanmasının beş-altı növü var. Təəssüf ki, dünya da, insanlar da buna hazır deyil. Uşaq dünyaya gələndə (oğlu Kay) həyat yoldaşıma olan hisslərim birdən yox oldu. Əsas mübahisələrimiz onun qadının sənətçi ola bilməyəcəyi ilə bağlı düşüncələrinə görə yaşanırdı".

Salahova ikinci həyat yoldaşı ilə bağlı isə bu fikirləri səsləndirib:

"Qrişa (Aydanın hazırkı həyat yoldaşı Qriqori Reçan. – red.) ilə tanış olanda 48 yaşım var idi. Onun isə 32-34 yaşı olduğunu düşünürdüm. Sonra məlum oldu ki, onun 24 yaşı var. İnsanların nə düşündüyü məni maraqlandırmır".

O, xərçənglə mübarizədə qarşılaşdığı çətinlikləri danışıb:

"Xərçəngə qalib gələcəyimə şübhəm yox idi. Ancaq üç ay ərzində hiss etdiyim yan təsirlərə və şiddətli ağrılara hazır deyildim. Dostlarıma stomanı çıxartdığımı (red.- bağırsaq və ya onun bir hissəsi götürüldükdən sonra qarın boşluğunun ön divarında cərrahi yolla yaradılmış deşik, bağırsağın içindəkiləri boşaltmaq üçün nəzərdə tutulmuş dəlik) deyəndə, onlar dəhşətə gəldilər. Rusiyada bu barədə danışmaq normal deyil.

Ağrılar içində işləməyə davam edirdim. Eyni zamanda, xəstəlik mənə “yox” deməyi öyrətdi. Cəmiyyətə, ünsiyyətə “yox” deməkdə çətinlik çəkirdim. Çox mülayim biriyəm və insanları sevirəm. Bu, şərq təhsilidir. Ən pisi isə odur ki, hamının sənə yazığı gəlib “döz” deməsidir.

Beləcə, narahat olmamağı öyrənməyə başlayırsınız, buna dəyməz deyirsən. Yaxınlarınızın qarşılaşdıqları çətinliklər, problemdir, ancaq bunları öz ürəyinizə atmaq lazım deyil. Xəstəlik bunu öyrədir. Hər dəfə radioterapiyaya gələndə bu aparatın altında ağlıma müxtəlif fikirlər gəlirdi".

Qeyd edək ki, Salahova ilk dəfə xəstəliyini 2017-ci ildə bilsə də, uzun illər diaqnozunu gizlədib.

10:33 - 22 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin