"Rusiya Qərblə konstruktiv dialoqa hazır idi, lakin cavab olaraq qeyri-müəyyən və ikiüzlü reaksiya gəldi".
Asayis.Az xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin bildirib:
"2021-ci ilin dekabrında biz rəsmi olaraq NATO və ABŞ-a təhlükəsizlik təminatı sazişləri layihələrini göndərdik. Ancaq bizim üçün bütün prinsipial mövqelərdə birbaşa rədd cavabı verildi. Sonra nəhayət məlum oldu ki, aqressiv planların həyata keçirilməsinə icazə verilib və onlar dayanmaq fikrində deyillər. Təhlükə hər gün artırdı.
Mən bunu təkrar etmək istəyirəm, müharibəni onlar başladıb. Biz güc tətbiq etdik və onları dayandırmaq üçün istifadə edirik".