Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciəti zamanı Ukraynada keçirilən xüsusi əməliyyat zamanı fərqlənən bütün bölmələri sadalamadığı üçün hərbçilərdən üzr istəyib.
Asayis.Az xəbər verir ki, Rusiya prezidentinin müraciəti Birinci Kanal tərəfindən yayımlanıb.
Putin izah edib ki, çıxışını hazırlayarkən hərbçilərin uzun siyahısını qeyd edib:
“Sonra mən bunu çıxışdan çıxardım, çünki hamının adını çəkmək mümkün olmayacaqdı. Adını çəkməyəcəyim şəxsləri incitmək istəməzdim".
Putin daha sonra müharibə iştirakçılarının valideynlərinə, həyat yoldaşlarına və ailələrinə, o cümlədən tibb işçilərinə, nəqliyyat işçilərinə, inşaatçılara və müdafiə zavodlarının fəhlələrinə dərin ehtiramını çatdırıb.
O, çıxışı zamanı bildirib ki, Rusiya tərəfi xüsusi hərbi əməliyyat zamanı qarşıya qoyulan vəzifələri dəqiq və ardıcıl yerinə yetirəcək.