Müdafiə Nazirliyi bölmələrimizlə bağlı MƏLUMAT YAYDI

 Müdafiə Nazirliyi bölmələrimizlə bağlı MƏLUMAT YAYDI

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

Bu barədə Asayis.Az-a Müdafiə Nazirliyindən bildirilib.

"Məlumat üçün bildiririk ki, döyüş sursatlarının utilizasiya prosesi 25.02.2023-cü il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.

Bir daha əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsas olmadığını diqqətə çatdırırıq", - MN məlumat yayıb.

 

12:54 - 21 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin