Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Asayis.Az apa-ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmrinə əsasən, polis mayoru İsmayılov Namiq Musa Oğlu Gədəbəy rayon Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin rəisi vəzifəsindən azad olunaraq Dəmir yolu Nəqliyyatında Polis İdarəsinin Yevlax xətt Polis Şöbəsinin rəisi təyin olunub.