Ukrayna prezidenti Volodimir Zelenski 333 Rusiya vətəndaşına qarşı 10 il müddətinə sanksiya tətbiq edilməsi barədə fərman imzalayıb.
Asayis.Az xarici KİV-nə istinadən xəbər verir ki, müvafiq fərman dövlət başçısının saytında dərc olunub.
Siyahıya maliyyəçilər, bankirlər, o cümlədən "Alfa-Bank"ın top-menecerləri Vladimir Sokolov, Aleksey Çuklov, İvan Pyatkov, Vladimir Voikov, habelə biznesmen Oleq Sısuev daxil edilib.
10 il müddətində qüvvədə olacaq sanksiyalar aşağıdakılardır:
aktivlərin bloklanması;
ticarət əməliyyatlarının tam dayandırılması;
kapitalın Ukraynadan çıxarılmasının qarşısının alınması;
iqtisadi və maliyyə öhdəliklərinin icrasının dayandırılması;
Ukraynada fəaliyyət üçün lisenziyaların və digər icazələrin ləğvi və ya dayandırılması;
Ukraynanın dövlət mükafatlarından məhrum edilməsi.
Milli Təhlükəsizlik və Müdafiə Şurasına fərmanın icrasına nəzarət etməyi tapşırılıb.
Eyni zamanda, Ukrayna Xarici İşlər Nazirliyi Avropa İttifaqı ölkələrini, ABŞ-ı və digər dövlətləri sanksiyalar barədə xəbərdar etməli və oxşar məhdudlaşdırıcı tədbirlərin tətbiqi məsələsini qaldırmalıdır.