2006-cı ildən 2022-ci ilə kimi Azərbaycanda 10 095 ədəd saxta pul nişanı aşkar edilib.
Asayis.Az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Nağd pul departamentinin Pul nişanlarının ekspertizası və saxtalaşdırılmasına qarşı mübarizə şöbəsinin rəisi Nəsib Pənahlı deyib.
O bildirib ki, son 4 ildə bununla bağlı 20 cinayət işi açılıb. 2017-ci ildən sonra milli valyutanın saxtalaşadırılmasında azalma, lakin son 6 altı ildə saxta 100 manatlıq əskinasların artım tempi müşahidə edilir. Belə ki, 2021-ci il 358 saxtakarlıq halından 252-si, ötən il 452 haldan 323-ü məhz 100 manatlıq əskinaslarla bağlı olub.
Nəsib Pənahlı əlavə edib ki, bununla belə Azərbaycanda saxta pul nişanları ilə bağlı aşkar edilən hallar beynəlxalq təcrübə ilə müqayisədə aşağıdır:
“Azərbaycanda tədavüldə hər 660 min əsas nağd pul nişanına 1 ədəd saxta pul nişanı düşür. Bu isə beynəlxalq göstəricilərlə müqayisədə azdır. Rusiyada bu göstərici 165 min ədəd, Avropada isə 80 min ədəd təşkil edir”.