İran rejiminin hərbi qüvvələri Xudafərin körpüsü yaxınlığında yanğın törədib.
Asayis.Az xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.
Yerli əhalinin sözlərinə görə, molla rejiminin hərbi qüvvələri Xudafərin körpüsü yaxınlığında Araz çayının qamışlıq hissəsinə od vurub.
Əhalinin bildirdiyinə görə, bu addım müşahidə imkanlarını artırmaq məqsədi ilə atılıb.