Bred Pittin sevgilisi boşanır

 Bred Pittin sevgilisi boşanır

"Vampirin gündəliyi" filminin ulduzu Pol Uesli fitnes məşqçisi və zərgərlik dizayneri İnes de Ramondan boşanmaq üçün rəsmi müraciət edib.

Asayis.Az xəbər verir ki, o, səbəb kimi fikir ayrılığını göstərib. Cütlük ayrıldıqlarını ötən il elan etmişdi. Hər ikisi ayrı ayrılıqda şəxsi həyatına davam edir. Pol Uesli özündən 18 yaş kiçik model Natali Kukenberqlə görüntülənib. De Ramon da öz növbəsində Bred Pittlə görüşməyə başlayıb.

Onun Pittlə sevgili olması ötən ilin noyabrında ortaya çıxıb. Los-Ancelesdə keçirilən Bono konsertində cütlüyün qucaqlaşaraq əl-ələ tutduqlarını paparassilər çəkib. 

13:58 - 18 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin